FİFA-dan ispanlara ciddi xəbərdarlıq - "Barselona" La Liqadan uzaqlaşdırılarsa...

16:08 4 Oktyabr 2017

Kataloniyada keçirilən müstəqillik referendumu futbola da öz təsirini göstərməyə davam edir.

 

Sportarena.az xəbər verir ki, katalonlar müstəqilliyi elan edəcəyi halda La Liqa və digər liqalarda oynayan klublarırın çempionatlardan çıxarılması gözlənilir. "Marka"nın yaydığı məlumata görə, artıq FIFA bununla bağlı qərarını İspaniyaya çatdırıb. Bildirilir ki, ali futbol qurumundan  "Barselona" La Liqadan çıxacağı halda İspaniyaya qarşı sanksiyalar tətbiq ediləcəyi deyilib.

 

İddia olunur ki, İspaniya Futbol Federasiyasının üzvülüyünü dondurmaqla hədələyən FIFA milli komandaların və klubların beynəlxalq yarışlardan kənarlaşdırıla biləcəyini bildirib. Bu halda İspaniya millisi "DÇ-2018"dən kənarda qala bilər.

 

Qeyd edək ki, La Liqanın prezidenti Xavyer Tebas açıqlamasında Kataloniya müstəqilliyini elan edəcəyi halda "Barselona"nın çempionatda oynamasına icazə verməyəcəklərini demişdi.


Digər xəbərlər

Xəbər xətti