Azərbaycan millisinin yeni kapitanı o olacaq - Rəşad Sadıqov açıqladı

22:36 4 Oktyabr 2017

 

Məlum olduğu kimi, sabah Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov yığmada sonuncu matçına çıxacaq. Kapitan sarğısının Rəşaddan sonra kimə həvalə ediləcəyi maraq doğurur.

 

Sportarena.az xəbər verir ki, Rəşad Sadıqov Çexiya ilə oyundan öncə keçirilən mətbuat konfransında özü bu barədə açıqlama verib. "Qarabağ"da komanda yoldaşı olan Rahid Əmirquliyevin onu əvəzləyəcəyini bildirdi:

 

"Bundan sonra millinin kapitanı Rahid Əmirquliyev olacaq. Həm Prosineçkiyə, həm də Rahidə millinin gələn oyunlarında uğurlar arzulayıram".

 


Digər xəbərlər

Xəbər xətti