Millimiz "sülh"lə başladı

10:35 5 Oktyabr 2017

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, yığmamız ilk sınağında qrup matçlarına ev sahibliyi edən İrlandiya millisi ilə qarşılaşıb. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu oyunda hesab açılmayıb. Baxmayaraq ki, rəqib matçın sonlarını azlıqda keçirib. Lakin təəssüf ki, Təbriz Həsənovun yetirmələri bu şansdan yararlana bilməyiblər və ilk turda 1 xalla kifayətləniblər.
 

7-ci qrupun digər oyununda Serbiya Kiprlə qarşılaşıb. Bu yığmalarının duelində cəmi 1 qol qeydə alınıb. Serblər minimal hesabla üstün olublar..

 

Avropa çempionatının seçmə mərhələsi (U-19)

4 oktyabr

Azərbaycan - İrlandiya 0:0
Serbiya - Kipr 1:0


Digər xəbərlər

Xəbər xətti