Millimiz İspaniyaya qarşı

11:56 5 Oktyabr 2017

Bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası ikinci oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, millimiz qrupun favoritlərindən, ilk matçında Monteneqronu 22:0 hesabıyla darmadağın edən İspaniya yığması ilə qarşılaşacaq. Yığmamız qrupdakı ilk oyununda İslandiyaya 0:2 hesabıyla uduzub. 

 

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək matç saat 19:00-da başlayacaq.

 

Avropa çempionatının seçmə mərhələsi 

5 oktyabr

15:00 İslandiya - Monteneqro
Hakimlər: Kristina Quteva, Mirela İvanova, Xəyalə Əzizzadə, Yuliya Qurbanova
Bakı. "Dalğa Arena"

 

19:00 İspaniya - Azərbaycan
Hakimlər: Liliya Hasanova, Anastasiya Akimova, Viki De Cremer, Lucie Sulcova
Bakı. "Dalğa Arena"


Xəbər xətti