AFFA "Qəbələ"ni cərimələdi

12:32 5 Oktyabr 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 7-ci turunun “Qəbələ” - “Kəpəz”matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Birinci divizionun 1-ci turunun “Xəzər” - “Mil-Muğan” matçının 60-cı dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Viqar Əlibabayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində “Xəzər”in futbolçusu Anar Babayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

Birinci divizionun 1-ci turunun “Turan Tovuz” - “Şüvəlan” matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


Xəbər xətti