"Qarabağ"ın futbolçusu oynadı, komandası 8 qolla qalib gəldi

12:14 6 Oktyabr 2017

“Qarabağ”ın futbolçusu Tarik Elyunussi Norveç yığmasına növbəti matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, onun şərəfini qoruduğu bu kollektiv səfərdə San Marino ilə qarşılaşıb. Norveç millisi bu görüşdə böyük hesabla qalib gəlib – 8:0. Tarik də bu görüşün iştirakçısı olub. “Qarabağ”ın yarımmüdafiəçisi 71-ci dəqiqədə meydana buraxılıb.

 

Qeyd edək ki, Norveç millisi bu qələbədən sonra Azərbaycan yığmasının da yer aldığı C qrupunda 10 xalla 4-cü sıraya yüksəlib. Eyni xala malik yığmamız isə 5-ci pilləyə düşüb.


Digər xəbərlər

Xəbər xətti