Nicat Muxtarov azadlıqda

16:17 6 Oktyabr 2017

"Sumqayıt"ın və gənclər millisinin sabiq futbolçusu Nicat Muxtarov bu gün azadlığa çıxıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Sportinfo.az-a onun atası Asif Muxtarov məlumat verib:


"Şükür Allaha, oğlum artıq yanımızdadı. Mənim üçün bundan sevincli gün ola bilməz. O, heç vaxt pis yolda olmayıb, bundan sonra da həmin yola düşməyəcək".  


Qeyd edək ki, Nicat Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub.


Digər xəbərlər

Xəbər xətti