“Bavariya” yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

21:33 6 Oktyabr 2017

Bir müddət öncə Karlo Ançelottini istefaya göndərən “Bavariya”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, Bundesliqanın son çempionunun “sükanı” təcrübəli çalışdırıcı Yupp Haynkesə həvalə edilib. Bu barədə məlumatı Münhen klubunun mətbuat xidməti yayıb. Haynkeslə gələn il iyunun 30-na kimi nəzərdə tutulmuş müqavilə bağlanıb. 72 yaşlı mütəxəssis yeni klubunda işinə oktyabrın 9-da başlayacaq.

 

Məşqçi karyerası ərzində “Real”, “Borussiya” (Münhenqladbax), “Bayer”, “Atletik”, “Şalke”, “Benfika”, “Tenerife”, “”Ayntraxt” kimi klublarda çalışmış təcrübəli məşqçi, bundan öncə iki dəfə (1987-1991 və 2011-2013) “Bavariya”nın baş məşqçisi olub. Onun son iş yeri də elə “Bavariya” olub. 2013-cü ildə Münhen klubundan ayrılan Haynkes, həmin vaxtdan məşqçi fəaliyyətini dayandırmışdı.


Digər xəbərlər

Xəbər xətti