Dünya çempionu internetdə özünə klub tapdı

22:20 6 Oktyabr 2017

İtaliya millisinin sabiq futbolçusu Kristian Zakkardonun yeni klubunun adı məlum olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb, İnternetdə iş axtarma saytında elan yerləşdirən 35 yaşlı müdafiəçi Maltanın birinci liqa təmsilçisi “Hamrun Spartans”la anlaşıb. Zakkardo artıq yeni komandasında məşqə də çıxıb. Müdafiəçinin oktyabrın 15-də yeni komandasının heyətində ilk oyununa çıxacağı gözlənilir.

 

Qeyd edək ki, 2004-2007-ci illər aralığında İtaliya millisinin şərəfini qorumuş Zakkardo, DÇ-2006-da çempion olan heyətdə də yer alıb. O, futbolçu karyerası ərzində “Parma”, “Milan”, “Bolonya” kimi komandalarda da top qovub.


Digər xəbərlər

Xəbər xətti