"Qarabağ" yeni futbolçularla məşq edir

10:55 7 Oktyabr 2017

Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə xeyli oyunçusunun xidmətindən məhrum olan “Qarabağ” məşqlərini davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi gündə bir dəfə olmaqla klubun bazasında məşq edir. Milli komandalara dəvət alan 14 futbolçunun yoxluğunda əvəzedici heyətin bir neçə üzvü əsas komandanın hazırlıq prosesində iştirak edir.

 

“Qarabağ” oktyabrın 7-də "Azərsun Arena"da "Sumqayıt"la yoxlama oyunu keçirəcək. Oyun saat 16:30-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti