DÇ-2018-in 11-ci iştirakçısı müəyyənləşdi

11:35 7 Oktyabr 2017

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edən daha bir komandanın adı dəqiqləşdi.

 

Sportarena.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə 9-cu turun ikinci oyun günündən sonra İspaniya yığması da mindiala vəsiqəni təmin etdi. G qrupunda İtaliya, Albaniya, İsrail, Makedoniya və Lixtenşteynlə mübarizə aparan ispanlar keçirdikləri 9 oyunun yalnız birində xal itiribilər. Nəticədə, bu komanda 25 xalla qrup birinciliyini təmin edib

.

Beləliklə, DÇ-2018-ə vəsiqə qazanan komandaların sayı 11-ə çatıb. Daha əvvəl təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya və İngiltərə yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti