Sportarena.az
11 Dekabr 2017

Şahin Diniyev: “Kəpəz”in tutduğu yer Gəncəyə yaraşmır" - MÜSAHİBƏ

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kəpəz”in  baş məşqçisi Şahin Diniyevin klubun saytına müsahibə verib.

Sportarena.az həmin müsahibəni təqdim edir:

 
- İlk dövrənin yekunları haqda nə demək olar?

- Hər şey göz qabağındadır, ilk dövrə bizim üçün yaxşı başlamasa da, yaxşı bitdi. Son oyunu çıxmaq şərti ilə digər matçlarda stabil çıxış edə bilmədik. Stabil heyətin olmaması stabil oyunun olmamasına gətirib çıxardı. Bilirsiniz ki, heyət 70-75 faiz dəyişib. Ərzurumdakı təlim-məşq toplanışından sonra komandanın tez formaya düşəcəyini, futbolçular arasında anlaşmanın yüksək olacağını düşünmüşdüm, amma yanıldım. Bu proses uzandı. Bunda psixoloji amilin də rolu oldu. Səbəblərdən danışırıqsa, bunu da qeyd etməliyik. Bizim Gəncədə oynamamağımız, bütün görüşləri səfərdə keçirməyimiz futbolçuların üzərində psixoloji gərginlik yaratdı. Oyunçulara özünə inamı qaytara bilmədik.
 
- Sizcə, ən pis oyununuz hansı oldu? 
- Ən pis oyunumuzu “Səbail” ilə oynadıq. “Sumqayıt” və “Zirə” ilə matçlarda da bərbad çıxış etdik. Ən yaxşı matçımız isə “Qəbələ”yə qarşı oldu. Yaxşı görüşlərdən “İnter”dən 3 top buraxdıqdan sonra göstərdiyimiz oyunu, eləcə də “Qarabağ”a qarşı ikinci hissədə apardığımız mübarizəni deyə bilərəm. Azarkeşsiz oynamaq təsirsiz ötüşmədi. Sizi inandırıram, əgər hansısa bir qarşılaşmanı evdə oynayıb qələbə qazansaydıq, nəticələr başqa cür olacaqdı. Bir sözlə, komandanın ilk dövrədəki nəticəsindən narazıyam. “Kəpəz”in tutduğu yer Gəncəyə yaraşmır. Səbəbləri özümüzdə axtarmalıyıq, çatışmayan cəhətlərin üzərində işləməliyik. İtirməyə bir şeyimiz qalmayıb. Əldən buraxdığımız xalları geri qaytarmalıyıq. Bundan sonra xal itkilərinə az yol verməliyik. İnanıram ki, Gəncəyə qayıtdıqdan sonra daha yaxşı futbol nümayiş etdirib uğurlar qazanacağıq. Komanda oyundan-oyuna artırır və yəqin ki, növbəti dövrələrdə öz sözümüzü deyəcəyik.     
 
- “Kəpəz” əvvəlki iki mövsümdən fərqli bu il çempionata uğursuz start verdi. Ötən mövsümün III dövrəsini də komanda pis keçirmişdi. Yenə vəziyyət eynidir. Statistika nəyi deyir? 
- Statistika göstəricidir. Bundan qaçmaq olmaz. Hər 3 ildə yeni komanda yığmağımız bizə mane oldu. Son mövsüm bəzi futbolçular vardı ki, heyətdə saxlamağı çox istəyirdik. Amma mümkün olmadı. Futbol həyatı belədir, ona görə oyunçuları anlayırıq. Stabil komanda yarada bilməyəndə oyunu tutmaq üçün avtomatik olaraq zamana ehtiyac duyulur. Zamanın da uzanması məsələsi var, bizdə vaxt çox çəkdi. Ağıllı oynayıb heç-heçə edə biləcəyimiz və ya qazanacağımız matçlar ola bilərdi. Az öncə sadaladığım amillər hamısı üst-üstə gəlib bu nəticələrə yol açdı. Statistika olmasa belə turnir cədvəlində tutduğumuz yer hər şeyi deyir. Bu nəticələr nə komandanın adına, nə də ki, oyununa yaraşmır.
 
- Komandanın oyununu mövqelər üzrə bölsək, narazı qaldığınız hansı olar? 
- Əgər komanda bu yerdədirsə, bütün mövqelərdən narazılığın olması başa düşüləndir. Məşqçilər ilk növbədə vurulan və buraxılan toplara baxıb hücum və müdafiəni analiz edirlər. Vəziyyətimiz acınacaqlıdır. İlk dövrədə 7 oyuna hamıdan çox top buraxmışıq. Rəqiblər 11 qola seviniblər. Bu, olduqca çoxdur. Elə cəmi 5 qol vurmağımız da çox az rəqəmdir. Amma tutduğumuz yerə uyğundur. Demək, istər hücumda, istərsə də müdafiədə komandanın göstərdiyi oyun qənaətbəxş deyil. Sonuncu matçı çıxmaq şərti ilə. İlk oyunlarda daha çox top buraxdıq, sonradan müdafiədə oyunumuz stabilləşməyə başladı. Hücumda da artıq yaxşı çıxış etməyimizin vaxtıdır. Bu gün əgər “qapıçı inamlı oynayır” deyirlərsə və qolkiper qoruduğu çərçivədən 11 top buraxıbsa, deməli, onun da səhvi var. Mən hər iki mövqedən, həm müdafiə, həm də hücumdan narazıyam. Lakin “Qəbələ” ilə oyunda mən başqa şey gördüm və bu, məndə sabaha ümid oyadır. Səfərdə top buraxmadan 2 qol vurmağımız məni razı salır. Gələcəyə nikbin baxıram, indiki heyətlə sonuncu yerdən qalxacağımıza və uğur qazanacağımıza ümid bəsləyirəm.
 
- Yəqin ki, “Qəbələ” ilə oyunda qazanılan qələbə komandada əhval-ruhiyyəni qaldırıb və bu, fasilə dövründə “Kəpəz”ə güc verəcək. Siz nə düşünürsünüz? 
- Əlbəttə, qələbənin və fasilənin bizə xeyirli olacağını mən də düşünürəm. Fasilədən daha faydalı yararlanmağa çalışacağıq. Hazırlıq müddətini 2 mini mərhələyə bölmüşük. Birinci məşq dövründə daha çox funksional hazırlığın üzərində işləyəcəyik. Qoy futbolçular məndən inciməsinlər, əgər bu gün bizim oyunçuların ustalıq səviyyəsi yüksək deyil söyləyiriksə, deməli, daha çox gücü funksional hazırlığa verməliyik. Mənə elə gəlir ki, uşaqlar bunu anlayırlar. Futbolçuların məşqlərdə göstərdikləri çıxışdan razıyam. Heyəti yenilənən komanda üçün bütün görüşləri səfərdə oynamaq çətindir. Amma formalaşmış komanda üçün bu, problem olmamalıdır.

Tarix
07.10.17 [14:44]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

11 Dekabr
10 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio