Löv: "Azərbaycan millisi topu ora-bura atmır, futbol oynayır"

17:32 7 Oktyabr 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimiz Almaniya yığması ilə qarşılaşacaq. 

 

Sportarena.az xəbər verir ki, Bundestimin təcrübəli baş məşqçisi Yoahim Löv bu gün media nümayəndələrinin önünə çıxaraq sabahkı matçla bağlı fikirlərini bölüşüb:

 

- Şimali İrlandiyaya qarşı gözəl oyun nümayiş etdirib erkən qollarla rəqibə gücümüzü göstərdik. Sabahkı oyunda da bütün gücümüzü ortaya qoyub, qələbə qazanmaq üçün vuruşacağıq. 10-cu oyunumuzda mütləq qalib gəlmək istəyirik. Axşam baş tutacaq məşqdən sonra sabah oyunda kimin oynayıb-oynamayacağını müəyyənləşdirəcəyəm. Sabah bir və ya bir neçə dəyişiklik olacaq. Yalnız onu deyə bilərəm ki, qapıçılarımızla danışmışam. Sabah qapıda Bernd Leno duracaq. Əlbəttə ki, dayaq yarımmüdafiəsi xəttində Əmrə Can oynayacaq. Hücum xəttində də Lerua Saneyə şans verməyi planlaşdırıram. Digər oyunçulara gəlincə, daha çox yorğun olmayan futbolçulara şans verəcəyəm. Biz əvvəlki oyunlarımızda olduğu kimi olmasa belə, Azərbaycanı əvvəldən təzyiq altında saxlamaq istəyirik. Azərbaycan millisi autsayderdi. Onlarla oyunumuzu mundialda keçirəcəyimiz oyunlardakı rəqiblərimizlə müqayisə etmək düzgün olmaz.

 

- İlk iki turdan sonra Azərbaycan və Almaniya lider idi. Azərbaycanın sona kimi mübarizə aparması üçün nə çatmadı?
- Azərbaycan və San Marino, Norveç kimi futbol oynamır, onlar daha yaxşı futbol oynamağa çalışır. Ancaq niyə sona kimi Azərbaycanın mübarizə apara bilməməsinin səbəbini deyə bilmərəm. Azərbaycan millisi futbol oynamağa çalışır. Topu ora-bura atmır, futbol oynayır. Robert Prosineçki güclü məşqçidir. 

 

- Sabahkı oyunda böyükhesablı qələbə qazanmağa çalışacaqsınız, yoxsa...?
- Sabahkı oyunda böyükhesablı qələbə olmayacaq. Çünki Azərbaycan millisi zəif komanda deyil. Şimali İrlandiya ilə səfər oyunu xaric digər komandalarla oyunda milliniz nəticə qazana bilib və ya məğlub olubsa da, minimal hesabla yenilib.


Xəbər xətti