"Neftçi"də şok itki - Yoxlama oyununda sıradan çıxdı

20:36 7 Oktyabr 2017

"Neftçi"də qapıçı şoku davam edir. Bildiyiniz kimi, komandanın əsas qapıçısı Səlahət Ağayev zədə səbəbindən noyabra kimi yaşıl meydanlardan uzaq qalacaq. Onun yoxluğunda Tərlan Əhmədov çərçivəni Rəşad Əzizliyə həvalə edirdi.

 

Sportarena.az xəbər verir ki, böyük ehtimalla Əhmədov 8-ci tur matçı üçün üçüncü qapıçı olan Maksim Vayloya şans verməli olacaq.

 

İş ondadır ki, "Neftçi" ilə "Qəbələ" arasında keçirilən yoxlama matçının gedişində Əzizli də ciddi zədə alaraq sıradan çıxıb. "Qəbələ"nin ilk qolu zamanı ilk zərbəni dəf edən Rəşad qapı dirəyinə çırpılıb və bud əzələsini zədələyib. Ayaq üstə dura bilməyən əlcək sahibi həkimlərin köməyi ilə meydançanı tərk edib. Zədəninn nə dərəcədə ciddi olub-olmadığı sabahkı həkim müayinəsindən sonra bəlli olacaq. (rekord.az)


Digər xəbərlər

Xəbər xətti