“Zirə” “Səbail”ə qalib gəldi

10:13 8 Oktyabr 2017

Milli komandaların seçmə mərhələ oyunları ilə əlaqədar Topaz Premyer Liqasında mübarizə aparan daha iki klub bu gün yoxlama matçı keçirib.

 

Sportarena.az xəbər verir ki, “Zirə” “Səbail”lə üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə qapılara 6 qol vurulub. Sonda meydan sahibləri qələbəyə seviniblər – 4:2.

 

“Zirə”nin heyətində Riçard Qadze dubla imza atıb. Digər qolları isə David Manqa və Vüsal İsgəndərli rəqib qapısından keçirib. “Səbail”in də heyətində isə Adrian Popoviçi ilə Raul Yaqubzadə fərqlənib.


Xəbər xətti