Kosta-Rika da DÇ-2018-ə vəsiqə qazandı

12:49 8 Oktyabr 2017

Şimali Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin bir oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, Kosta-Rika Hondurası qəbul edib. Meydan sahibləri oyuna əlavə edilmiş dəqiqələrdə məğlubiyyətdən xilas ola biliblər - 1:1. Bu heç-heçə sayəsində Kosta-Rika qrupda 2-ci yeri təmin edib. Bununla da onlar DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıblar. Meksika daha əvvəl DÇ-yə vəsiqə qazanmışdı.

 

Son turda daha bir vəsiqənin sahibi və Avstarliya-Suriya cütünün qalibi ilə pley-off oynayacaq komanda bəlli olacaq.


Xəbər xətti