Ndlovu uzun müddətdən sonra millidə oynadı

14:07 8 Oktyabr 2017

DÇ-2018-in seçmə mərhələsinin Afrika zonasında növbəti oyunlar keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Dino Ndlovunun şərəfini qoruduğu CAR millisi D qrupunda Burkina-Fasonu qəbul edib. Qarşılaşma cənubi afrikalıların 3:1 hesablı qələbəsi ilə nəticələnib. Uzun müddətdən sonra yığmaya dəvət alan Ndlovu matçın 86-cı dəqiqəsində meydana daxil olub.

 

4 oyundan sonra hesabında 4 xal olan CAR millisi qrupda sonuncu pillədə qərarlaşıb. Bir oyun az keçirmiş cənubi afrikalılar lider Burkina-Fasodan cəmi 2 xal geri qalır.


Xəbər xətti