"Araz"da ciddi itki - UEFA kubokunda oynaya bilməyəcək

16:46 8 Oktyabr 2017

UEFA Kubokuna hazırlığını davam etdirən “Araz” əsas oyunçularından birinin xidmətindən yararlana bilməyəcək. 

 

Sportarena.az xəbər verir ki, milli komandanın da formasını geyinən Everton Kardosa zədələnib. Məşq prosesində ciddi zədə alan Kardosa UEFA Kubokunun oyunları üçün Rumıniyaya yollanacaq heyətdə yer almayacaq. Əməliyyat keçirən futzalçının 10-15 gündən sonra yüngül məşqlərə start verməsi gözlənilir.

 

“Araz” elit-raunda iştirak hüququ qazanacağı təqdirdə futzalçı meydana çıxmaq üçün hazır olacaq. 


Digər xəbərlər

Xəbər xətti