Pike İspaniya millisinin düşərgəsini tərk etdi

17:40 8 Oktyabr 2017

Xerard Pike və David Silva İspaniya yığmasının düşərgəsini tərk edib.

 

Sportarena.az xəbər verir ki, hər iki futbolçu seçmə mərhələnin son turunda İsraillə keçiriləcək oyunda meydana çıxa bilməyəcək. Onlar sarı vərəqə limitini doldurublar.

 

Futbolçular Albaniya ilə keçirilən oyunda sarı vərəqə alaraq, cəzalı duruma düşüblər. İspaniya seçmə mərhələnin başa çatmasına bir tur qalmış DÇ-yə vəsiqəni təmin edib.


Digər xəbərlər

Xəbər xətti