Neymar "Barselona"dan şikayət etdi

18:26 8 Oktyabr 2017

PSJ-nin 222 milyon avroya heyətinə qatdığı Neymarın "Barselona"dan şikayət edib.
 
Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu 26 milyon avroluq sədaqət bonusunu ödəmədiyi üçün vəkilləri vasitəsilə UEFA-ya şikayət ünvanlayıb. Ancaq qısa müddətdə məsələyə baxan futbol qurumu "sambaçı"nın şikayətini təmin etməyib. 
 
İspaniya mətbuatı məsələ ilə bağlı transferdə Raul Sanlehinin əsas rol oynadığı, amma hazırda həmin rəsminin klubda çalışmadığını bildirib.


Digər xəbərlər

Xəbər xətti