Prosineçki: "Hesab 6:3 ola bilərdi"

Sportarena.az      9 Oktyabr 2018, 01:48

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin son matçında Almaniyaya 1:5 hesabı ilə məğlubiyyətdən sonra oyun haqqında fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə bunları dilə gətirib:

 

- Bu hesabdan sonra nəsə demək çətindi. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq. İlk hissədə qol vəziyyətlərimiz oldu. Onlardan birini qolla tamamladıq. İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı.

 

- Millimizin seçmə mərhələdəki çıxışını necə qiymətləndirərdiniz?
- Ümumilikdə, komandadan razı qaldım. Çətin qrupda, güclü rəqiblərə qarşı futbol oynadıq. Nəticə bizi qane etməsə də, yaxşı oynadıq. Şimali İrlandiya ilə matçı nəzərə alsaq, daha çox xal toplamalı idik. Belə qrupda 10 xal toplamaq asan deyil. Bundan da çox ola bilərdi. Komandama yaxşı qiymət verirəm.

 

- Müqavilə müddətiniz başa çatır. Qərarınızı vermisinizmi?
- Bakıya qayıdırıq. Gələcək barədə bir neçə gündən sonra açıqlama verəcəm.

 

- Müdafiənin mərkəzində Ruslan Abışovla Bədavi Hüseynov çıxış etdi. Artıq Rəşad Sadıqovun əvəzləyicisi kimi Ruslanı görmək olarmı?
- Gələcəkdə həmin mövqedə bu cütlüyün tez-tez oynayıb-oynamayacağını deyə bilmərəm. Bu mövqedə problem var. Standart vəziyyətlərdən qol buraxırıq. İndiyə qədər bu mövqedə yüksək səviyyədə oynaya bilmirik. Bunun üzərində çalışacağıq.

 

- Dmitri Nazarovun matça ehtiyatdan başlaması Çexiya ilə Bakıdakı oyunda zəif çıxışının nəticəsi idi?
- 3 gün əvvəl Çexiyaya qarşı oynadığımız üçün heyətdə dəyişiklik etdim. O mövqedə müdafiəyə meyilli oyunçu oynatmaq istədim. Dmitri müdafiəyə az kömək etdiyi üçün onu ehtiyatda saxladım. Nazarov yaxşı futbolçudu. Sadəcə, bu gün başqa keyfiyyətli oyunçu lazım idi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin