Millimiz Monteneqro ilə bərabərə qaldı

10:31 9 Oktyabr 2017

Dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası “Dalğa Arena”da Monteneqro yığması ilə qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, iki qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.

 

Xatırladaq ki, yığmamız qrupda keçirdiyi əvvəlki iki oyundan məğlubiyyətlə ayrılmışdı.


Qrupun digər oyununda isə İspaniya İslandiyaya 2:1 hesabıyla qalib gələrək, maksimum nəticəyə imza atıb.

 

Avropa çempionatının seçmə mərhələsi (U-17, qızlar)

8 oktyabr

İslandiya - İspaniya 1:2

 

Monteneqro - Azərbaycan 1:1

Qol: D.Nada, 5 - N.Mirzəliyeva, 21.
 


Digər xəbərlər

Xəbər xətti