Almaniyadan Avropa rekordu

12:05 9 Oktyabr 2017

Dünən yığmamızı darmadağın edən (5:1) Almaniya yeni rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, rəqib cari tsikldə vurduğu qolların sayını 43-ə yüksəldib. Bununla da almanlar Avropa zonası üzrə bir seçmə mərhələdə ən çox qol vuran (43) komanda adına yiyələnib. Bundan əvvəlki rekord isə AÇ-2000-nin seçmə mərhələsində 8 görüşdə 42 dəfə fərqlənən İspaniyaya məxsus idi. 

 

Maraq üçün bildirək ki, Almaniya bu qollardan 9-nu Azərbaycanın qapısına vurub.

 


Digər xəbərlər

Xəbər xətti