Xuanfran: “Qarabağ”la oyunda qazanılacaq qələbə hər şeyi dəyişəcək” - AÇIQLAMA

12:25 9 Oktyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko”nun müdafiəçisi Xuanfran İspaniya mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı müdafiəçi son vaxtlar əldə edlən uğursuz nəticələr barədə danışıb. O, Ağdam təmsilçisi ilə qarşıdakı oyunlardə qalib gələrək, vəziyyətdən çıxacaqlarını deyib:

 

“Düşünmürəm ki, komandamız pis vəziyyətdədi. Biz sadəcə, iki oyunda qələbə qazana bilməmişik. Ancaq bu, heç də dünyanın sonu deyil. Çempionlar Liqasında 1/8 finala adlamaq şanslarımız var. “Qarabağ”la oyunda qazanılacaq qələbə hər şeyi dəyişəcək”.

 

Xatırladaq ki, “Atletiko” ÇL-in qrup mərhələsində növbəti iki oyununu məhz “köhlən atlar”a qarşı keçirəcək. Bu komandalar arasında ilk oyun oktyabrın 18-də, Bakıda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti