Ziyanın komandası heç-heçə etdi

12:43 9 Oktyabr 2017

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 8-ci turun oyunları keçirilib.
 
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Valveyk”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Əzizov bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə, matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, "Den Boş" hazırda 11 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti