Aqolli: “Zədə formama təsir etdi” - AÇIQLAMA

13:00 9 Oktyabr 2017

"Mən bir ay zədə səbəbindən oynamadım. Buna görə zədə formama təsir etdi. İtaliya millisi çox yüksək səviyyədədir, amma İspaniyada fərqlənir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Albaniya yığmasının futbolçusu Ansi Aqolli DÇ-2018-in seçmə mərhələsində İtaliya ilə oyun öncəsi deyib. 34 yaşlı müdafiəçi İspaniya ilə matçdan sonra baş məşqçiləri ilə birgə müxtəlif elementləri təhlil etdiklərini bildirib: 

 

“Mənə elə gəlir ki, komandamız doğru yoldadı”.

 

"Qarabağ"ın futbolçusu gələcəyinin milli ilə bağlı olduğunu söyləyib:

 

"Baş məşqçim məni start heyətə layiq görsə, oynayacağam".

 

Qeyd edək ki, Albaniya - İtaliya görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti