Misirli futbolçu mundialın tarixinə düşə bilər

18:23 9 Oktyabr 2017

Misir millisinin qapıçısı Essam Əl-Hadari dünya çempionatlarının tarixinə düşə bilər.

 

Sportarena.az xəbər verir ki, 44 yaşlı qolkiper Misir millisinin heyətində gələn il Rusiyada təşkil ediləcək mundiala qatılsa, dünya çempionatları tarixinin ən yaşlı futbolçusu kimi tarixə düşəcək. Bu sahədə hazırkı rekord Kolumbiya millisinin sabiq qapıçısı Farid Mondraqona məxsusdu. Keçmiş “Qalatarasay”lı qolkiper DÇ-2014-də 43 yaş, 3 günlüyündə yaşıl meydana çıxaraq, mundiallar tarixinin ən yaşlı futbolçusu ünvanına sahib çıxmışdı.

 

Xatırladaq ki, Misir millisi dünən Konqo yığmasına qalib gələrək (2:1), gələn il Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanıb. Həmin oyunda şimali afrikalıların qapısını məhz Əl-Hadari qoruyub.


Xəbər xətti