"Çelsi"nin futbolçusu milli komandada zədələndi

18:45 9 Oktyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi” itkiylə üzləşib.

 

Sportarena.az xəbər verir ki, “zadəganlar”ın yarımmüdafiəçisi Nqolo Kante sıradan çıxıb. O, Fransa millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığmasıyla səfər oyununda (1:0) zədələnib. Fransalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutacaq “Kristal Pelas”la oyunu buraxacaq.

 

Qeyd edək ki, Kante ilə yanaşı, hücumçu Alvaro Morata da zədə səbəbindən növbəti turda forma geyinə bilməyəcək.


Xəbər xətti