Prosineçki Sloveniya yığmasında? - AÇIQLAMA

10:12 10 Oktyabr 2017

Millimizin baş məşqçisi Robert Prosineçki Sloveniya yığmasını çalışdıra bilər.
 
Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis sözügedən millidə işləmək üçün ilinə 800 min avro tələb edib. Bu xəbərlərə münasibət bildirən Sloveniya Futbol Federasiyasının prezidenti Rade Miyatoviç deyib ki, həmin  məbləği ödəmək imkanında deyillər:

 

"Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm. Amma federasiyasının maliyyə durumu elə də yaxşı deyil. Biz belə yüksək vəsaiti xərcləyə bilmərik".

 
Qeyd edək ki, Sloveniya millisi Sreçko Katanetslə yollarını bir neçə gün əvvəl ayırıb. Hazırda bu vəzifəyə namizədlərdən biri də Robert Prosineçki hesab olunur.


Digər xəbərlər

Xəbər xətti