Ölkə prezidenti VİP lojadan imtina etdi - Matçı azarkeşlərlə birgə izlədi

14:10 10 Oktyabr 2017

İslandiya prezidenti Qudni Yohansson ölkəsinin futbol üzrə yığma komandasının oyununu azarkeşlərlə birgə izləyib.

 

Sportarena.az xəbər verir ki, dövlət başçısı 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuncu - X turu çərçivəsində Kosovoya qarşı görüşə VİP lojadan deyil, azarkeş tribunasından baxmağı üstün tutub.

 

Oyun islandiyalıların 2:0 hesablı qalibiyyəti ilə nəticələnib. Bu qələbədən sonra xalını 22-ə çatdıran İslaniya yığması İ qrupunda 1-ci olub və mundiala birbaşa vəsiqə qazanıb. Bu, həm də şimallıların iştirak edəcəkləri ilk dünya çempionatı olacaq.

 

Qeyd edək ki, İ qrupunda Xorvatiya 20 xalla 2-ci, Ukryana isə 17 xalla 3-cü olub.


Digər xəbərlər

Xəbər xətti