"Neftçi" PFL-ə müraciət etdi

17:28 10 Oktyabr 2017

“Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edib. 

 

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, klub ev oyunlarını keçirdiyi 8-ci km stadionunun qazonunda yenilənmə işləri aparıldığını rəhbər tutaraq Azərbaycan Premyer Liqasının 8-ci turunun “Neftçi” - “Səbail” görüşünün yerinin dəyişdirilməsini istəyib. “Neftçi” klubunun müraciətini və “Səbail” klubunun razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarları qəbul edib.

 

- Azərbaycan Premyer Liqasının 8-ci turunun “Neftçi” - “Səbail” matçı 15 oktyabr 2017-ci il tarixdə “Dalğa Arena” stadionunda keçirilsin.

 

- 8-ci turda meydan sahibi “Səbail” klubu, hər iki klubun iştirakı ilə üçüncü dövrənin matçında meydan sahibi kimi “Neftçi” klubu təsdiq edilsin.


Digər xəbərlər

Xəbər xətti