Sportarena.az
24 Oktyabr 2017

Prosineçki: "Çox güman ki, Azərbaycanda qalmayacağam"

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir dəfə demişəm ki, yeni təkliflər üzərində çalışacağam. AFFA ilə vəziyyətə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycana qayıdacam. Çox güman ki, Azərbaycanda qalmayacağam”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki index.hr saytına müsahibəsində deyib. Xorvatiyalı mütəxəssis Sloveniya yığmasını çalışdıracağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, bu iddiaları təkzib edib:

 

“Almaniyadan yeni gəlmişəm. Zaqrebə çatmaq üçün 12 saat yol gəlmişəm. Sloveniya millisini çalışdıracağımla bağlı xəbərləri qəzetdən oxudum. Yəqin ki, onlar mənimlə danışıq aparmaq istəsələr, zəng vurub, Sloveniyada işləməyimi təklif edərlər. Ancaq hələlik heç kim zəng etməyib. Ola bilsin sabah bu, baş verdi. Bu səbəbdən əlavə nəsə demək istəmirəm”.

 

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi bu ilin sonu başa çatır.

Tarix
11.10.17 [10:31]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Oktyabr
23 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio