Messi yenə xilaskar rolunda - Argenina DÇ-2018-də

10:58 11 Oktyabr 2017

Cənubi Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin son turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Argentina yığması səfərdə Ekvadora 3:1 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Argentina DÇ-yə birbaşa vəsiqə qazanıb. Argentinanın hər üç qolunu Lionel Messi vurub.

 

Səfərdə Braziliyaya 0:3 hesabı ilə məğlub olan Çili isə DÇ-dən kənarda qalıb. Elə öz meydanında gözlənilmədən Venesuelaya 0:1 hesabı ilə məğlub olan Paraqvay da Rusiyaya getmək şansını itirib. Peru-Kolumbiya görüşü 1:1 hesabı ilə yekunlaşıb. Kolumbiya DÇ-yə vəsiqə qazanıb. Peru isə pley-off qarşılaşmasında qüvvəsini sınayacaq. Boliviyaya 4:2 hesabı ilə qalib gələn Uruqvay da Rusiyaya bilet sifariş verib.

 

Qeyd edək ki, Braziliya yığması isə daha əvvəl DÇ-yə vəsiqəni təmin etmişdi.

 

DÇ-2018-in seçmə mərhələsi, Cənubi Amerika zonası

11 oktyabr

Braziliya - Çili 3:0

Ekvador - Argentina 1:3

Paraqvay - Venesuela 0:1

Peru - Kolumbiya 1:1

Uruqvay - Boliviya 4:2


Xəbər xətti