Robben milli karyerasını başa vurdu

11:32 11 Oktyabr 2017

"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben Hollandiya millisindəki karyerasını başa vurub.

 

Sportarena.az xəbər verir ki, bu barədə 33 yaşlı oyunçunun özü DÇ-2018-in seçmə mərhələsində İsveçə qarşı matçdan (2:0) sonra bildirib.

 

Robben yığmada 96 oyunda 37 qol vurub, 29 qolun ötürməsini verib.  O,  Hollandiya millisinin bombardirlər siyahısında 4-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Hollandiya yığması DÇ-2018-in seçmə mərhələsində A qrupunu 3-cü pillədə başa vurub və mundiala vəsiqə qazana bilməyib.


Digər xəbərlər

Xəbər xətti