DÇ-2018-in 23 iştirakçısı müəyyənləşdi

Sportarena.az      11 Oktyabr 2018, 12:40

Rusiyada 2018-ci ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanan komandaların sayı 23-ə çatıb. 

 

Sportarena.az xəbər verir ki, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası zonasında V raundun sonuncu turunda Kosta Rika yığmasını 2:1 hesabı ilə məğlub edən Panama millisinin də mudialda iştirak edəcəyi dəqiqləşib. Honduras isə “pley-off”da Asiya zonasında çıxış edən Avstraliya ilə qarşılaşacaq.

 

Daha əvvəl ev sahibi Rusiya ilə yanaşı, Avropadan Fransa, Portuqaliya, Belçika, Almaniya, Serbiya, Polşa, İngiltərə, İspaniya, Cənubi Amerikadan Braziliya, Uruqvay, Argentina, Kolumbiya, eləcə də Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən Meksika ilə Kosta-Rika, Asiyadan İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanının, Afrikadan isə Nigeriya ilə Misir dünya çempionatının final mərhələsinə yüksəlib.

 

İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya isə "play-off"da qalan 4 vəsiqə üçün mübarizə aparacaqlar. Peru millisi “pley-off”da Okeaniya zonasını təmsil edən Yeni Zelandiya ilə qarşılaşacaq. Digər 3 vəsiqəyə isə Afrika zonasında qrup qalibi olacaq kollektivlər sahib çıxacaqlar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin