AFFA divizion klublarını cəzalandırdı

Sportarena.az      11 Oktyabr 2018, 14:33

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda birinci divizionun 2-ci turunda qeydə alınmış qayda pozuntularına baxılıb. Komitə 2-ci turda baş vermiş qayda pozuntularına görə ümumilikdə birinci divizion klublarını 200 manat məbləğində cəzalandırıb.

 

“Xəzər” - “Turan Tovuz” matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

“Şüvəlan” - “Ağsu” qarşılaşmasında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə ödəməli olacaq. Oyunun 79-cu dəqiqəsində “Şüvəlan”ın futbolçusu Vadim Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

“Mil-Muğan” - “Binə” matçının 90+3-cü dəqiqəsində qəsəbə təmsilçisinin futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 20 manat cərimə ödəyəcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin