Qriqorçuk Ukrayna millisinin baş məşqçisi olacaq?

14:49 11 Oktyabr 2017

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko istefaya göndərilə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “footballgazeta.com” yayıb. Xəbərdə buna səbəb kimi yığmanın DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilməməsi göstərilib.

 

Şevanın postuna namizədlər arasında isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçukun da adı qeyd edilib. Digər namizədlər isə hazırda Ukrayna Futbol Federasiyasında çalışan Miron Markeviç və “Verder”in keçmiş baş məşqçisi Viktor Skripnikdi.

 

Xatırladaq ki, Ukrayna mətbuatında daha əvvəl də Qriqorçukun millini çalışdıracağı bərədə xəbərlər yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti