"Barselona" La Liqanı tərk etməyəcək - RƏSMİ

16:04 11 Oktyabr 2017

“Barselona” İspaniya La Liqasını tərk etməyəcək. 

Sportarena.az xəbər verir ki, bu barədə Kataloniya Futbol Federasiyasından məlumat verilib. Belə ki, “Barselona” sözügedən qurumun üzvüdür, bu təşkilat isə İspaniya Krallığının Futbol Federasiyasından ayrılmağı düşünmür.  Bu isə o deməkdir ki, Kataloniya rəsmən müstəliq dövlət elan olsa belə, “Barselona” La Liqadakı çıxışını davam etdirəcək. Bu, təkcə "Barselona"ya deyil, İspaniyanın müxtəlif liqalarında çıxış edən digər 7 kluba da aiddir.

Xatırladaq ki, oktyabrın 1-də Kataloniyada referendum keçirilib. Referendumda iştirak edənlərin 90 faizindən artığı müstəqilliyin lehinə səs verib. Ancaq İspaniya höküməti və Avropa Şurası seçkinin nəticələrini tanımayıb və konstutsiya məhkəməsi nəticələri ləğv edib. Dünən isə İspaniya parlamenti Kataloniyanın müstəqilliklə bağlı müzakirəsini qeyri-müəyyən müddətə qədər təxirə salıb.


Digər xəbərlər

Xəbər xətti