UEFA "Qarabağ" və "Neftçi"nin hesabına pul köçürdü

17:26 11 Oktyabr 2017

UEFA dörd klubumuzun hesabına pul köçürüb.
 
Sportarena.az xəbər verir ki, qurumun 19 iyul 2016-cı il tarixli 39 nömrəli məktubuna və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərin seçmə mərhələlərdə iştirak edən klublara bölüşdürülməsi nəzərdə tutulub.  Ayrılmış həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada  aşağıda göstərilmiş klubların hesabına köçürülüb:
 
“Qarabağ” - 75450.00 avro
 “Neftçi” - 33220.00 avro
“Qəbələ” - 50960.00 avro
“Kəpəz”- 33220.00 avro
 
Qeyd: “Kəpəz” klubu üçün nəzərdə tutulmuş vəsait  klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.


Digər xəbərlər

Xəbər xətti