AFFA-dan Beynəlxalq Qızlar Günü ilə bağlı VİDEOÇARX

Sportarena.az      11 Oktyabr 2018, 18:23

Beynəlxalq Qızlar Günü qızların hüquqlarını və dünyadakı qızların üzləşdikləri özünəməxsus problemləri anlamaq məqsədilə hər il oktyabrın 11-də qeyd olunur. 

 

Sportarena.az xəbər verir ki, bu il UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və AFFA idman vasitəsilə qızların necə gücləndirilə biləcəyini işıqlandıran qısa bir video hazırlamaq üçün bir araya gəlib.

 

Ünsiyyət qurmaq üçün xüsusilə faydalı yollardan biri olan idman, qızlara başqaları ilə sosial baxımdan əlaqə yaratmaq üçün imkanlar yarada bilər. Bir çox qızlar üzləşdikləri müəyyən qadağalar səbəbindən bundan yararlana bilmir. Qızlara idmanla məşğul olmaq imkanı verildiyi təqdirdə, oğlanlarla müqayisədə onlara “daha bacarıqsız” damğası vuran stereotiplərlə mübarizə apara bilərlər. İdman da təhsil kimi, qızların cəmiyyətdə bərabərhüquqlu fərdlərə çevrilməsinə kömək edə bilər.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin