Eddi "fərqləndi", komandası qalib gəldi

10:30 12 Oktyabr 2017

 

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 9-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Qranada” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0. Eddi də sabiq komandasına qarşı görüşün iştirakçısı olub. O, matçın 68-ci dəqiqəsində meydana buraxılıb. 83-cü dəqiqədə isə o, sarı vərəqə ilə cəzalanıb.

 

“Ximnastik" geridə qalan turlarda cəmi 8 xal toplayıb və hazırda 22 kollektiv arasında 20-ci pillədə qərarlaşıb.


Xəbər xətti