Sportarena.az
24 Oktyabr 2017

Rövşən Hüseynli: "Maksimum nəticə qazanmalıyıq" - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oyuna gözlədiyimizdən də yaxşı başladıq. Artıq 25-ci saniyədə qol vurduq. Erkən qol vurmağımız və hesabı xeyrimizə dəyişməyimiz əlavə üstünlük oldu. Rəqib isə üzərimizə gəlməyə başladı. Nəticədə oyunumuzu diqtə etmək üçün şərait yarandı. Düzdür, rəqib hesabı bərabərləşdirdi, amma dərhal növbəti qolu vurduq. Fasiləyə qədər davamını gətirdik və üstünlüyümüzü 2 top çatdırdıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Araz"ın qapıçısı Rövşən Hüseynli Bosniya və Herseqovinanın "Mostar" klubuna 5:2 hesabı ilə qalib gəldikləri futzal üzrə UEFA Kubokunun əsas mərhələsinin ilk tur oyunundan sonra deyib.

 

26 yaşlı qolkiper Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında "Mostar"la görüşdə xüsusən standart vəziyyətlərdən yaxşı istifadə etdiklərini vurğulayıb. Onun fikrincə, artıq "Mostar”la oyunu unutmaq lazımdır:

 

"Çünki bu gün növbəti qarşılaşmamızı keçirəcəyik. Məqsədimizi reallaşdırmaq üçün maksimum nəticə qazanmalıyıq. Komanda olaraq buna hazırıq”.

 

Qeyd edək ki, Rumıniyada keçirilən UEFA Kubokunun əsas mərhələsinin 8-ci qrupunun oyununda "Araz" bu gün Maltanın "Sent Endryus" klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. 

Tarix
12.10.17 [12:37]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Oktyabr
23 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio