Tanınmış futbolçu ölkəsinin prezidenti oldu

12:54 12 Oktyabr 2017

“Çelsi”, “Mançester Siti” və “Milan”ın sabiq futbolçusu, “Qızıl top”un sahibi Corc Vea Liberiyanın prezidenti seçilib.

 

Sportarena.az xəbər verir ki, prezident seçkilərində Vea əsas rəqibi, vitse-prezident Cozef Bokayanı məğlub edib. 51 yaşlı Vea ilk dəfə Liberiyada 2005-ci ildə keçirilən seçkilərdə iştirak edib. O, həmin vaxt seçkilərin ikinci turunda 40 faizdən çox səs toplasa da, Elen Conson-Serlifə məğlub olmuşdu. Vea “Qızıl top” mükafatını 1995-ci ildə alıb.

 

O, 3 dəfə - 1989, 1994, 1995-ci illərdə də Afrikanın ən yaxşı futbolçusu seçilib.


Xəbər xətti