Mahir Şükürov "Neftçi"dən göndərildi

13:53 12 Oktyabr 2017

Futbolçu karyerasını bitirdikdən sonra “Neftçi”də məşqçi kimi çalışan Mahir Şükürov klubdan uzaqlaşdırılıb.

 

Sportarena.az “Futbol+”ə istinadən xəbər verir ki, sabiq müdafiəçinin işinə soyuq yanaşması qovulmasına səbəb olub. Mahir uzun illər yığmada oynadığına görə avtomatik C kateqoriyasına yiyələnsə də, “Neftçi”nin U-14 komandasında çalışması üçün B kateqoriyası lazım olub. Klubdan Şükürova kurslara qatılmaq və B kateqoriyasına yiyələnmək məsləhət görülüb. Amma Şükürov bu məsləhəti qulaqardına vurub. Hər zaman diqqət mərkəzində olmağa alışmış Şükürov uşaqlarla çalışmaqdan zövq almayıb və beləcə, məşqlərə, oyunlara gəlməyi tərgidib.

 

Şükürovun işinə soyuq münasibəti rəhbərliyin qulağına çatıb. Tərəflər görüşüb, söhbət ediblər və yekunda Mahirin təkcə U-14-dən yox, ümumiyyətlə, “Neftçi”dən ayrılması qərara alınıb.


Xəbər xətti