Prosineçkiyə daha bir federasiya "elçi" düşdü

Sportarena.az      12 Oktyabr 2018, 14:10

Azərbaycan millisinin baş məşqçi postunda gələcək taleyi sual altında olan Robert Prosineçki barədə yeni iddia ortaya atılıb.

 

Sportarena.az xəbər verir ki, bu dəfə xorvat mütəxəssisin Bosniya və Herseqovina millisini çalışdıra biləcəyi iddia edilib. Bu barədə xəbəri Xorvatiyanın “index.hr” saytı yayıb. Xəbərdə yerli federasiyanın yığmanın hazırkı baş məşqçisi Mehmed Bazdareviçlə yeni müqavilə bağlamayacağı, onu məhz Prosineçki ilə əvəzləmək istədikləri qeyd edilib.

 

Xatırladaq ki, daha öncə millimizin baş məşqçisinin Sloveniya və Xorvatiya millisinin “sükanı arxasına” keçəcəyi barədə iddia ortaya atılmışdı.

 

Prosineçkinin Azərbaycan yığmasıyla müqavilə müddəti bu ilin dekabrında başa çatacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin