Sportarena.az
24 Oktyabr 2017

Rəşad Sadıqov: “Onu saxlaya bilsəydim, "Qarabağ"da yox, "Mançester Siti"də oynayardım"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “İmarət” Fan-klubunun təşəbbüsü ilə “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri ilə görüşüb.

 

Sportarena.az xəbər verir ki, o, görüşdə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunmasının mümkünlüyü məsələsinə də toxunub. Bildirib ki, millidə işləmək çətin və məsuliyyətli işdir. 35 yaşlı futbolçu onu da deyib ki, hələ Robert Prosineçkinin millidə qalıb-qalmayacağı bilinmir: 

 

“Hazırda yalnız "Atletiko" ilə oyunu düşünürəm. Ən azı qışa qədər futbolçu karyeramı davam etdirəcəyəm. Sonrasına baxarıq".

 

Azərbaycan futbolundakı problemlər barədə də danışan Sadıqov bildirib ki, yerli mütəxəssislərin futbola baxışı dəyişməlidir:

 

"Daha doğru analiz aparmaq lazımdır. "Roma" ilə görüşdə Edin Cekonu "ikinci mərtəbə"də saxlaya bilsəydim, "Qarabağ"da deyil, "Mançester Siti"də oynayardım. Futbol ictimaiyyətinin baxışı dəyişməlidir. Kənardan baxıb, danışmaq asandır".

 

Rəşad dünən törətdiyi yol qəzası haqda da danışıb:

 

"Ciddi bir şey yoxdur. Allaha şükür, özümə heç nə olmadı. Düzü, sürət də yüksək deyildi. Xəsarət almamışam. Baş məşqçi icazə versə, növbəti oyunda iştirak edə bilərəm”. (Qol.az)

Tarix
12.10.17 [14:28]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Oktyabr
23 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio