Adriano futbola qayıdır

Sportarena.az      12 Oktyabr 2018, 15:58

Braziliya millisinin keçmiş futbolçu Adriano yenidən futbol oynamaq istədiyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki,  Adriano fikirlərini bu cür izah edib:

 

“Özümü yeni bir proyekt üçün hazırlayıram, qarşımıza gələn aylarda klubsuz olaraq məşqə başlayacam. Özümü futbola başlayacaq gücdə görürəm”.

 

Braziliyalı futbolçu karyerasını istədiyi kimi sonlandırmadığını sözlərinə əlavə edib:

 

"Karyeramı istədiyimi kimi sürmədim. Buna görə çox üzgünəm. Karyeramı yarımçıq hekayə kimi görürəm".

 

Xatırladaq ki, 35 yaşlı futbolçu İtaliyada "Parma", “İnter”və “Roma” klublarında çıxış edib. Braziliya millisinin formasını isə 50 dəfə geyinib və 29 qola imza atıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin