Peru - Kolumbiya matçı ilə bağlı qalmaqal - Falkao rəqib futbolçulara nə deyib? - VİDEO

16:17 12 Oktyabr 2017

DÇ-2018-in seçmə mərhələsində keçirilən Peru - Kolumbiya görüşü zamanı Falkaonun rəqib komandanın kapitanına nəsə dediyi diqqəti cəlb edib.

 

Sportarena.az xəbər verir ki, Kolumbiya yığmasının futbolçusu rəqibə məlumat ötürdüyünü etiraf edib. O, digər oyunların nəticələri barədə Perunun kapitanına məlumat çatdırıb və onları sakitləşməyə çağırıb:

 

“Biz digər oyunların nəticələrini bilirdik və turnir cədvəlindəki durumu nəzərə alıb oynayırdıq. Bu məlumatı Perunun futbolçularına da çatdırmaq istədim”.

 

Falkaonun məlumatından sonra Perunun kapitanı Xose Paolo Qerrero komanda üzvlərinə sakitləşməyi tapşırıb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Kolumbiya 4-cü yeri tutaraq, DÇ-yə birbaşa vəsiqə qazanıb.

 

Peru isə Yeni Zelandiya ilə pley-off qarşılaşmasında qüvvəsini sınayacaq.


Digər xəbərlər

Xəbər xətti