“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi: "Beylin tez-tez zədələnməsinin səbəbi məhz budu”

16:32 12 Oktyabr 2017

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşak “Real”ın futbolçusu Qaret Beylin tez-tez zədələnməsi barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, Toşak bunu Beylin oynadığı mövqe ilə əlaqələndirib. 68 yaşlı mütəxəssis onun tez-tez zədələnməsinin əsas səbəbi kimi sağ cinahda oynamasını göstərib:

 

“Yadımdadı, Beyllə ötürmə verərkən pəncəsinin xaric tərəfindən yararlandığı barədə çox söhbət etmişəm. Qaret həmişə sol tərəfdən yararlanan futbolçu olub. İndi isə sağ tərəfdə oynayır. Qaret Beyl sol müdafiəçi olub və solda da oynayıb. Heç vaxt görməmişəm ki, Maldini və ya Roberto Karlos sağ cinahda oynasın. Ola bilsin ki, Beylin tez-tez zədələnməsinin səbəbi məhz budu”.


Xəbər xətti