Fiqu UEFA-da çalışacaq

18:10 12 Oktyabr 2017

Portuqaliyanın əfsanəvi futbolçusu Luiş Fiqu UEFA-da çalışacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Avropanın ali futbol qurumu yayıb. Məlumatda Fiqunun UEFA-da futbol məsləhətçisi kimi fəaliyyət göstərəcəyi qeyd edilib. O, birbaşa qurumun prezidenti Aleksandr Çeferinlə çalışacaq.

 

Futbolçu karyerası ərzində “Sportinq”, “Real”, “Barselona”, “İnter” kimi klublarda top qovmuş sabiq yarımmüdafiəçi, Portuqaliya millisində 127 oyun keçirib.


Xəbər xətti